Əhdi-ətiqdə hz. İbrahimlə hz. Yusifin dövründə Misir hökmdarından firon olaraq bəhs edilir. Halbuki, firon hər iki peyğəmbərdən sonra işlədiləcəkdi.
Quranda hz. Yusifin dövründə Misir rəhbərindən bəhs edilərkən "hökmdar, çar, kral, sultan" mənalarına gələn ərəb dilində "əl-məlik" kəlməsi işlədilir:
"Hökmdar: "Onu mənim yanıma gətirin!" dedi..." (Yusif surəsi, 50)
Hz. Musanın dövründə olan Misir rəhbərindən isə "Firon" kəlməsi ilə bəhs edilir. Quranda bildirilən bu fərqə nə Qədim və Yeni Əhddə, nə də yəhudi tarixçilərinin əsərlərində rast gəlmək olar. Onlar ancaq "Firon" ifadəsi işlədirlər. Həqiqətdə də Misir tarixində "Firon" ifadəsinin işlədilməsi ancaq sonrakı dövrlərə aiddir. "Firon" xitabı ilk dəfə bizim eradan əvvəl XIV əsrdə IV Amenhotepin dövründən etibarən işlədilməyə başlanmışdır. Hz. Yusif isə bu tarixdən ən azı 200 il əvvəl yaşayıb.
Britaniya Ensiklopediyasına görə, "Firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539-1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945-730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitabdan heç vaxt işlədilməyib.
Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "Firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başlandığı bildirilir.
Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə olunmağa başlanıb. Dolayısilə, Quranda bu fərqin tam olaraq qeyd edilməsi - hz. Yusifin dövründə hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda, hz. Musanın dövründə hökmdarın hər dəfə "Firon" adlandırılması - Quranın Allah`ın sözü olmasını sübut edən başqa bir dəlildir.