CSS Templates

Hz. Musadan sehrbaz kimi bəhs edilməsi

Firon dövründən qalma papiruslarda hz. Musadan "sehrbaz" olaraq bəhs edilir. (Qeyd etdiyimiz papiruslar İngiltərədə Britaniya muzeyində (British Museum) saxlanmaqdadır). Firon və onun tərəfdarları bütün səylərinə baxmayaraq hz. Musaya heç vaxt üstün gələ bilməmişdilər.

"Bu ədalətin idarəçisi Günəşin oğlu Ammonun böyük qardaşı olan və atası Günəş kimi həmişə yaşayan Ramzesin çarlığı dövründə yeddinci paynı ayının ikinci günü yazıldı... Bu məktubu alanda qalx işə başla, tarlalara nəzarət işini öz üzərinə götür. Taxılın (dənli bitkilərin) hamısını məhv edən bir su daşqını kimi yeni bir bəlanın xəbərini alanda başını işlət (yəni düşün). Hemton onları acgözlüklə yeyərək məhv etdi, anbarlar deşildi, siçanlar tarlalarda sürü halındadır, birələr qasırğa şəklindədir, əqrəblər acgözlüklə yeyirlər, kiçik milçəklərin vurduğu yaralar sayılmayacaq qədər çoxdur. Və əhalini hüznlü edir... Scribe (Scribe ingilis dilində "yəhudi alimi" deməkdir. Burada nəzərdə tutulan çox güman ki, hz. Musadır) külli miqdarda taxılı məhv etmək məqsədinə nail oldu... Sehrlər onlar üçün çörəkləri kimidir. Scribe... yazı sənətində insanların birincisidir".

Hz.Musadan sehrbaz olaraq bəhs edilməsi Quranda "Zuxruf" surəsində bu ayələrdə xəbər verilir:

"Onlar dedilər: "Ey sehrbaz! Səninlə olan əhdin hörmətinə Rəbbinə bizdən ötrü dua et. Biz mütləq doğru yola gələcəyik!"" (Zuxruf surəsi, 49)

"Onlar dedilər: "Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!"" (Əraf surəsi, 132)