“Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). Hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır”. (Nəhl surəsi, 8)
Yuxarıdakı ayədə nəqliyyat vasitəsi olaraq sayılan heyvanlardan başqa insanların bilmədikləri nəqliyyat vasitələrinin də olacağına diqqət çəkilir. Aşağıdakı ayədə isə gəmi kimi böyük nəqliyyat vasitələrinin olacağına işarə edilir:
«Övladlarını dolu gəmiyə mindirməyimiz də onlar üçün bir dəlildir. Onlar üçün bunun kimi minik vasitələri də yaratmağımız da...» (Yasin surəsi, 41-42)