«Bədirlənməkdə olan Aya (and içirəm) ki, Siz təbəqədən təbəqəyə minəcəksiniz. Onlara nə olub ki, iman gətirmirlər?» (İnşiqaq surəsi, 18-20)
Yuxarıdakı ayələrdə Aya diqqət çəkiləndən sonra təbəqədən təbəqəyə minib keçiləcəyi söylənir. «Tərkəbu» ifadəsi (vasitəyə) minmək, bir yol üzərində yerimək, arxasınca düşmək, izləmək, girişmək, cəhd göstərmək, qatılmaq, hakim olmaq mənalarına gələn «raqibə» feilindən törəyib. Bu mənalar nəzərə alınanda «təbəqədən təbəqəyə minib keçəcəksiniz» ifadəsində miniləcək bir vasitəyə işarə edilməsi mümkündür.
Həmçinin Aya getmək üçün minilən kosmik vasitələr atmosfer təbəqələrini bir-bir ötəndən sonra fəza boşluğuna və oradan da Ayın cazibə sahəsinə daxil olur. Beləliklə, bir-birindən fərqli bir çox təbəqə dalbadal keçilərək Aya gedilir. Bunlarla yanaşı, növbə «İnşiqaq» surəsinin 18-ci ayəsində Ayın üzərinə and içilməsi də vurğunu xüsusi olaraq gücləndirir. Dolayısilə, yuxarıdakı ayə Aya gedişin gerçəkləşəcəyinə işarə ola bilər (ən doğrusunu Allah bilir).