CSS Templates

Texnologiyada qarışqa ordusu

“Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir dişi qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi basıb əzməsinlər!”” (Nəml surəsi, 18)

Yuxarıdakı ayədə “Qarışqa vadisi” deyilən xüsusi bir yerə və xüsusi qarışqalara diqqət çəkilir. Hz. Süleymanın qarışqaların öz aralarında etdikləri danışıqlarını eşitməsində də kompyuter texnologiyasında baş verəcək inkişafa bəzi diqqət çəkici işarələr ola bilər. Günümüzdə çox məşhur olan “Silikon vadisi” termini texnologiya dünyasının mərkəzini ifadə edir. Hz. Süleyman hekayətində də bir qarışqa vadisindən bəhs edilməsi son dərəcə maraqlı və mənalıdır. Mümkündür ki, Allah bu ayə ilə gələcəkdə meydana gələcək inkişaf etmiş bir texnologiyaya diqqəti yönəldib.

Bundan əlavə, günümüzdə qarışqalardan və bəzi böcək növlərindən yüksək texnologiya sahəsində çox geniş istifadə edilir. Bu canlıların nümunə olaraq götürülməsi yolu ilə hazırlanan robot layihələrinin müdafiə sənayesindən tutmuş texnologiya sahəsinə qədər əksər sahələrdə xidmət etməsi planlaşdırılır. Ayədə bu məsələlərə də işarə edilməsi güman oluna bilər.

Mini texnologiyada axırıncı inkişaf: robot qarışqa ordusu

Qarışqalardan nümunə götürülərək inkişaf etdirilən layihələrin ən məşhuru müxtəlif ölkələrdə bir-birindən asılı olmadan icra edilən “Robot qarışqa ordusu layihələri”dir. Məsələn, Virciniya Politexnik İnstitutu və Virciniya Universiteti (ABŞ) tərəfindən aparılan bir araşdırmanın əsas məqsədi ucuz və sadə robotların inkişaf etdirilməsidir. Məqsəd fiziki baxımdan hamısı bir-birinin təkrarı olan bu robotlardan bir robot ordusu təşkil etməkdir. Layihə müəllifləri bu robotların istifadə üçün daha əlverişli olmasının səbəbini belə izah edirlər: “Qrup şəklində hərəkət etmələri, bir neçə fiziki işi koordinasiyalı, yəni əlaqəli şəkildə və vahid bir komanda kimi yerinə yetirmələri, birlikdə qərar vermələri”. Bu robot ordularının bütün mexaniki və elektrik planları bir qarışqa toplumunun hərəkətləri nəzərə alınaraq planlaşdırılmışdır. Böcək olan yoldaşlarına oxşadıqları üçün onlara “qarışqa ordusu robotları” deyilir.

“Qarışqa ordusu” robot sistemi ilk öncə bir “material daşımaq sistemi” olaraq planlaşdırılıb. Bu ssenariyə görə, çoxlu sayda olan robotların üzərinə cisimləri müştərək şəkildə qaldırıb ötürmək vəzifəsi qoyulacaqdı. Daha sonra isə onların müxtəlif işlərdə də istifadə edilməsinə qərar verildi. Mövzu ilə bağlı bir nəşrdə bu robotların hansı məqsədlə istifadə ediləcəyi belə bildirilir:

“Nüvə və təhlükəli maddələrin təmizlənməsi, mədən işləri, minaların zərərsizləşdirilməsi, kəşfiyyat və növbə, planet səthlərinin araşdırılması və qazma işləri”.

“Qarışqa robot texnologiyası” mütəxəssisi İsrail A.Vaqner tərəfindən İsrail parlamentinə təqdim edilən bir hesabatda isə qarışqa layihələri ilə bağlı aşağıdakılar bildirilib:

“Qarışqa robotlar” müştərək bir məqsədi həyata keçirmək üçün hazırlanmış fiziki varlıqlardır.

Bunların çox məhdud miqdarda enerji istehlak etməsi və iş sahələrində mühüm izlər qoyaraq əlaqə qurması məlum oldu. İşlərin bu robotlar arasında paylanması ya mərkəzi nəzarət işini gerçəkləşdirən və başqa agentlərə təlimat göndərən bir fərd tərəfindən həyata keçirilə, ya da fərdlərin əvvəlcədən tabe olması şərti ilə verilən bir vəzifənin yerinə yetirilməsi ilə təmin edilə bilər.

Üçüncü yol isə bu işbirliyinin (əməkdaşlığın) işin gedişində sövq təbii olaraq, yəni əvvəlcədən qərar verilmədən ortaya çıxmasıdır. Araşdırma aparmaq, xəritə çıxarmaq, bir evin zirzəmisini təmizləmək, naməlum bir planeti kəşf etmək, bir mina sahəsini təmizləmək və s. bu kimi iş sahələrində bu robotlardan istifadə edilə bilər.

Bu nümunələrdən də göründüyü kimi, hazırda qarışqaların sosial həyatının qanunauyğunluqları müxtəlif layihələrin əsasını təşkil edir və qarışqaların əsas götürülməsi yolu ilə həyata keçirilən robot texnologiyaları insanlara fayda gətirir. Buna görə də hz. Süleyman hekayətində qarışqalara və onların olduğu vadiyə diqqət yetirilməsi çox mühüm məsələdir.

Ayələrdə qeyd edilən “qarışqalar” ifadəsi isə robotlardan təşkil edilən bir orduya işarə də ola bilər. Ayələrdə, bundan başqa, gələcəkdə robot texnologiyasında baş verəcək inkişafa, robotların insanların həyatında mühüm yer tutacağına, əksər ağır işləri insanların əvəzinə robotların yerinə yetirib onların həyatını daha asanlaşdıracağına da işarə ola bilər. Şübhəsiz ki, ən doğrusunu Allah bilir.