«Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı ondan su istədiyi zaman Musaya: "Əsanı daşa vur!" - deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri öyrəndi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: "Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!" - dedik. Onlar Bizə deyil, ancaq özlərinə zülm edirdilər!» (Əraf surəsi, 160)
Yuxarıdakı ayədə hz. Musanın qövmünün ondan su istədiyi, hz. Musanın da on iki tayfanın hər birinə su içəcəkləri bir yer təmin etdiyi bildirilir. Hz. Musadan tayfasının su istəməsi onların su sıxıntısı çəkdiyini göstərir. Hazırda su sıxıntısı bir mənada müzakirə mövzusudur. Bu gün 1 milyarddan çox insan təmiz su sarıdan korluq çəkir; 2,4 milyard insan hələ də gigiyenik baxımdan natəmiz sudan istifadə edir. 2025-ci ildə 5 milyard insanın su problemindən əziyyət çəkəcəyi güman edilir.209 Su mənbələrinin azlığından hər il 12 milyon insan həlak olur. Onların 3 milyonunu su mənşəli xəstəliklərdən ölən uşaqlar təşkil edir.210 Hazırda dünya əhalisinin 8 faizini təşkil edən 31 ölkənin sakinləri xroniki içməli su qıtlığı ilə üzləşib. 2025-ci ildə 48 ölkənin bu cür çətinliklərlə üzləşəcəyi gözlənilir.211 BMT-nin təxmini hesablamalarına görə, 2025-ci ilədək içməli su daha da məhdudlaşacaq və əgər əhalinin artımı sürətli olsa, su sıxıntısı çəkən 131 milyon insanın sayı artaraq 817 milyona, sürətli artım olarsa, 1 milyard 79 milyon nəfərə çatacaqdır.
Yeraltı sular dünyanın ən böyük şirin su mənbələridir və hazırda istifadə edilən su ehtiyatlarının 90 faizindən çoxunu təşkil edir. Yerin altında sular dünyada təxminən 2 milyard insanın su ehtiyacını ödəyərək bir çox ölkə üçün həyati əhəmiyyət kəsb edir.214 ABŞ əhalisinin təxminən 50 faizinin əsas su mənbəyi yeraltı sulardır, düzənlik ərazilərdə bu rəqəm 95 faizə qədər çatır. Yeraltı sular ən etibarlı və ən təhlükəsiz şirin su mənbələridir. Bu sulardan geotermal enerji formasında enerji istehsalı üçün və istilik nasoslarından istifadə edərək enerjiyə qənaət etmək məqsədilə də istifadə olunur.
Torpağın içindən gələn su yer altından keçiriciliyi olmayan bir təbəqə ilə rastlaşanda burada yığılaraq bir su mənbəyi yaradır. Bu sular yer üzünə artezian üsulu ilə çıxarılır. Artezian mənbələr yeraltı sular üçün su xəzinəsi rolunu oynayan yağıntıların və ya qayaların əmələ gətirdiyi yığnaqlardır. Artezian quyularının qayalıq bölgələrdə olması ayədəki tərifə uyğun gəlir. Allah`ın «Əraf» surəsinin 160-cı ayəsində hz. Musaya daşa vurmasını, ya da daşı qaldırmasını əmr etməsi də bu üsula işarə edə bilər (ən doğrusunu Allah bilir). Ayədə «vur» kimi tərcümə edilən «idrib» feili həm də «qaldırmaq, açmaq» mənalarına gəlir. Dolayısilə, burada bildirilən həqiqət daşın qaldırılması ilə açılan su mənbəyi ola bilər. Eynilə artezian quyularındakı kimi təzyiqli su ayədəki «fışqırmaq, sərbəst axmaq, daşmaq, yerdən qaynayıb axmaq» mənalarına gələn «inbəcəsət» kəlməsi ilə ifadə edilir. Həmçinin deşilərək açılan artezian quyularında su təzyiqin təsiri ilə su səthə tərəf fışqırır. Əgər kifayət qədər təzyiq olsa, nasosdan istifadə etmədən su torpağın səthinə çıxmaqda axa bilər.
Hazırda hz. Musanın su probleminə daş qaldırmaqla əlac tapdığı kimi, su probleminə yerin altında olan şirin sularla çarə axtarılması və bundan faydalanmağın ən təsirli üsulunun artezian quyuları olması çox diqqətəlayiq məqamdır. Dolayısilə, «Əraf» surəsinin 160-cı ayəsində ilk dəfə 1126-cı ildə Fransanın Artois bölgəsində qazılan artezian quyularına işarə ola bilər (ən doğrusunu Allah bilir).