«Dedi: "Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir! Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, gözü (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!" Karvan ayrılanda ataları dedi: "Əgər məni səfeh hesab etməsəydiniz, deyərdim ki, Yusifin ətrini alıram!"» (Yusif surəsi, 92-94)
Bu gün alimlər fotonlar kimi atomların və iy molekullarının da yaxın gələcəkdə ötürülməsinin mümkün ola biləcəyini bildirir. «Yusif» surəsinin 94-cü ayəsində hz. Yusifin atası oğlunun ətrini aldığını bildirir. Alimlər yaxın gələcəkdə üçölçülü görüntü və ya şəklin göndərilməsi kimi, iyin ötürülməsinin də texnoloji imkanlarla mümkün olduğunu bildirir. Dolayısilə, bu ayənin günümüzdə üstündə iş aparılan qoxu nəqlinə aid inkişaf etmiş bir texnologiyaya işarə etməsi mümkündür. Çünki başqa hisslərimiz kimi qoxu hissi də beynimizdə yaranır. Bir limon qabığından çıxan kimyəvi molekullar burundakı qoxu sinirlərinə təsir edir. Onlar buradan elektrik siqnalı kimi aydınlaşdırılması üçün beyinə ötürülür. Dolayısilə, bu qoxuya aid siqnal süni olaraq başqa şəkildə yaradılanda da iyin eynilə hiss edilməsi mümkündür. «Elektrik burun» kimi tanınan texnologiya da bunun mümkün ola biləcəyini göstərən çalışmalardandır.
İnsandakı qoxu sistemi 10 mindən çox iyi asanlıqla ayırmağı mümkün edir. Kimyaçılar bir ətirdəki 100-ə yaxın iyin mənbəyini aydınlaşdıra bilir.
Budur, insanın burnunda olan mükəmməl yaradılış bir çox alimi oxşar cihazlar hazırlamağa həvəsləndirir. Dünyanın müxtəlif tədqiqat mərkəzləri insandakı bu iybilmə sisteminin surətini düzəltmək üçün çalışırlar. Burunun nümunə götürülməsi ilə inkişaf etdirilən bu modellər «elektron burun» adlandırılır.
İnsanın burnunda proteinlərdən əmələ gələn radioqəbuledicilərin əvəzinə, onların elektron oxşarlarında bir növ kimyəvi qəbuledicidən istifadə edilir. Bu qəbuledicilərin hər biri müxtəlif qoxuları hiss edəcək tərzdə yaradılır, seçim həcmi artdıqca istehsalları çətinləşir və qiymətləri bahalaşır. Sensorların ətrafdan qəbul etdiyi siqnallar elektron sistemlər vasitəsilə ikili şifrlərə çevrilir və bir kompyuterə göndərilir. Elektron sistemlər qoxu almanı təmin edən sinir hüceyrələrinin, kompyuter də insan beyninin bir təqlidi olaraq təsəvvür edilə bilər. Kompyuter ona gələn məlumatları dəyərləndirmək üçün proqramlanır və bunun sayəsində aldığı ikili şifrləmədən yaranan siqnalları yorumlayır.
Bu üsulla hazırlanan elektron burunlar başda qida, ətriyyat, tibb və kimya sənayesi olmaq üzrə müxtəlif sektorlarda istifadə edilir. Universitetlər və beynəlxalq təşkilatlar haqqında danışılan layihələrə böyük əhəmiyyət verirlər. Buna baxmayaraq, Uorvik Universitetindən Culian Qardnerin bildirdiyi kimi, elektron burun texnologiyası hələlik başlanğıc mərhələsindədir.
NASA-da çalışan alimlər də kosmik tədqiqatlar üçün çox həssas süni burun hazırlayırlar. Bu cihaz demək olar ki, hər cür kimyəvi tərkibi ayıra biləcək, insan burnundan daha həssas əməliyyatları yerinə yetirə biləcək. Kosmik stansiyada zərərli maddələrin müəyyənləşdirilməsi bu metodla mümkün olacaq və o, ağıllı bir təhlükəsizlik sisteminin bir hissəsi kimi çalışacaq. Bu texnologiya səs, görüntü kimi, qoxu nəqlinin də yaxın gələcəkdə mümkün ola biləcəyini göstərir.