Quranın riyazi möcüzələrinin başqa biri isə 19 rəqəminin ayələrin içinə şifrlənmiş bir şəkildə yerləşdirilməsidir. Quranda "Onun üstündə on doqquz vardır" ("Muddəssir", 74/30) ayəsi ilə nəzərlərimizi cəlb edən bu rəqəm Quranın əksər yerində şifrlənmişdir. Bunun nümunələrindən bir hissəsini belə saya bilərik:
"Bismillah" kəlməsi 19 hərfdən ibarətdir.
Quranda 114 (19 x 6) surə var.
İlk vəhy olunan surə (96-cı surə) axırdan 19-cu surədir.
Quranın ilk vəhy edilən ayələri 96-cı surənin ilk 5 ayəsidir və bu ayələrdəki kəlmələrin sayı cəmi 19-dur.
Göründüyü kimi, ilk 5 ayə cəmi 19 kəlmədən ibarətdir. Arada qeyd edilən "vav" kəlmə yox, hərfdir. "Bə" hərfləri də eyni şəkildə bu saya daxil edilməyib.
Vəhy edilən ilk surə ("Ələq" surəsi) 19 ayəyə malikdir və özündə 285 hərfi (19 x 15) ehtiva edir.
Axırıncı vəhy edilən surə olan "Nəsr" cəmi 19 kəlmədən ibarətdir.
Bundan başqa, "Nəsr" surəsinin Allah`ın köməyindən bəhs edən ilk ayəsi də 19 hərfdən ibarətdir.
Quranda 114 (19 x 6) "Bismillah" sözü var. Bu say da 19-dan 6 dəfə çoxdur.
Quranda 113 surə "Bismillah"la başlayır. Başında "Bismillah" olmayan yeganə surə 9-cu surə olan "Tövbə" surəsidir. Quranda ancaq "Nəml" surəsində iki "Bismillah" var. Bunlardan biri surənin əvvəlində, digəri isə 30-cu ayədə qeyd edilmişdir. "Bismillah"la başlamayan "Tövbə" surəsindən etibarən saymağa başlayanda "Nəml" surəsinin 19-cu sırada yerləşdiyini görmək olar.
19 surə sonra gələn 27-ci surə olan "Nəml" surəsinin həm əvvəlində, həm də 30-cu ayəsində "Bismillah" var. Beləliklə, 27-ci surədə iki "Bismillah" var. "Bismillah"ların sayını 114-ə çatdıran ayə 27-ci surənin 30-cu ayəsidir. Bundan başqa, surə və ayə nömrələrini, yəni 27 və 30-u toplayanda 57 (19 x 3) sayını əldə edirik.
"Tövbə" surəsindən (9) "Nəml" surəsinə (27) qədər olan surə nömrələrinin cəmi 9+10+11+12+13+14+15+16+17+18+19+20+21+22+23+24+25+26+27=342 edir. Bu da 19 rəqəminin 18 qatıdır.
19-la 19-un bir neçə qatı olan ayələrdə qeyd edilmiş "Allah" kəlmələrinin cəmi 133-dür (19 x 7).
"Bir" mənasına gələn "vahid" ("i" hərfi bu söz oxunarkən əlavə edilir) kəlməsinin əbcəd dəyəri 19-dur. Quranda bu kəlmə "bir çeşid yemək", "bir qapı" və s. kimi müxtəlif kəlmələr üçün işlədilmişdir. "Tək Allah" olaraq işlədilməsi isə 19 dəfədir.
19 dəfə "vahd" kəlməsinin qeyd edildiyi ayələrin surə və ayə nömrələrinin cəmi 361 (19 x 19)-dur.
Başlanğıc hərflərinin olduğu birinci surə ilə başlanğıc hərflərinin olduğu axırıncı surə arasında başlanğıc hərflərinin olmadığı 38 (19 x 2) surə var.
"Rəhman" kəlməsi isə Quranda 57 (19 x 3) dəfə qeyd edilir.
Quranda 30 fərqli rəqəm qeyd edilib.
Quranda qeyd edilən bütün bu rəqəmləri (təkrarlarını nəzərə almadan) toplayanda əldə edilən say 162.146-dır. Bu da 19-la 8534-in hasilidir: 1+2+3+4+5+6+7+8+9+10+11+12+19+20+30+40+50+60+70+80+99+100+200+300+1000+2000+
3000+5000+50.000+100.000=162.146 (19 x 8534).
Bu 30 fərqli rəqəmə əlavə olaraq Quranda 8 ədəd kəsirli saydan bəhs edilir. Bunlar 1/10, 1/8, 1/6, 1/5, 1/4, 1/3, 1/2, 2/3-dir. Beləliklə, Quran özündə 38 (19 x 2) fərqli sayı ehtiva edir.
Quranın əvvəlindən etibarən 19 ayəyə sahib olan ilk surəsi "İnfitar" surəsidir. Bu surənin başqa bir xüsusiyyəti də axırıncı kəlməsinin "Allah" kəlməsi olmasıdır. Bu həm də Qurandakı axırdan 19-cu "Allah" kəlməsidir.
"Qaf" hərfi ilə başlayan 50-ci surədə 57 (19 x 3) "qaf" hərfi var. Əvvəlində "qaf" hərfi olan 42-ci surədə yenə 57 (19 x 3) ədəd "qaf" hərfi var. 50-ci surənin 45 ayəsi var. Bunları toplasaq, (42+53) yenə 95 (19 x 5) edir.
"Qaf" surəsinin ilk ayəsində Quran üçün işlədilən "məcid" kəlməsinin əbcəd dəyəri 57 (19 x 3)-dir. Yuxarıda da qeyd etdiyimiz kimi, surə içindəki "qaf" surələrinin cəmi də 57-dir.
"Qaf" surəsindəki "qaf" hərflərinin qeyd edildiyi ayələrin nömrələrini toplayanda 19-un 42 qatı olan 798 sayını əldə edirik. 42 isə başlanğıc hərfləri arasında "qaf" olan başqa bir surənin nömrəsidir.
"Nun" hərfi yalnız 68-ci surənin əvvəlində qeyd edilir. Bu surədəki "nun" hərflərinin cəmi 133 (19 x 7)-dür.
Surə nömrələri 19-un qatı olan surələrin ayə saylarını ("Bismillah" da daxil olmaqla) toplayanda 266 (19 x 4) alınır.
"Ya" və "sin" hərfləri "Yasin" surəsinin əvvəlində mövcuddur. "Sin" hərfi "Yasin" surəsində 48 dəfə qeyd edildiyi halda, "ya" hərfi 237 dəfə qeyd olunub. Bu iki hərfin cəmi 285 (19 x 15)-dir.
Yalnız bir surə - 7-ci surə "əlif", "lam", "mim", "sad" başlanğıc hərfləri ilə başlayır. "Əlif" hərfi bu surədə 2529 dəfə, "lam" hərfi 1530 dəfə, "mim" hərfi 1164 dəfə və "sad" hərfi 97 dəfə qeyd edilmişdir. Bu qayda ilə 4 hərf bu surədə birlikdə 5320 dəfə qeyd edilir: 2529 + 1530 + 1164 + 97 = 5320 (19 x 280).
"Əlif", "lam", "mim" hərfləri ərəb dilində ən çox istifadə edilən hərflərdir. Bu hərflər bir yerdə 6 surənin - 2, 3, 29, 30, 31 və 32-ci surələrin əvvəlində yer almışlar. Bu 3 hərf 6 surənin hər birində cəmi 19-un qatı olaraq qeyd edilmişdir. Cərgə ilə [9899 (19 x 521), 5662 (19 x 298), 1672 (19 x 88), 1254 (19 x 66), 817 (19 x 43)]. Bu üç hərfin 6 surədə birlikdə qeyd edildiyi yerin sayı 19874 (19 x 1046)-dür.
"Əlif", "ləm", "ra" başlanğıc hərflərinin 10, 11, 12, 14 və 15-ci surələrdə birlikdə qeyd edildikləri yerlərin sayı 2489 (19 x 131), 2489 (19 x 131), 2375 (19 x 125), 1197 (19 x 63) və 912 (19 x 48)-dir.
"Əlif", "ləm", "mim", "ra" başlanğıc hərflərinin birlikdə qeyd edildiyi yer 1482 (19 x 78)-dir. "Əlif" hərfi 605 dəfə, "ləm" hərfi 480 dəfə, "mim" hərfi 260 dəfə və "ra" hərfi 137 dəfə qeyd edilmişdir.
"Kaf", "ha", "ya", "ayn", "sad" başlanğıc hərfləri ancaq bir surədə - 19-cu surədə qeyd edilmişdir. "Kaf" hərfi bu surədə 137 dəfə, "ha" hərfi 175 dəfə, "ya" 343 dəfə, "ayn" 117 dəfə və "sad" hərfi 26 dəfə qeyd edilmişdir. 5 hərfin cəm olaraq qeyd edildiyi yerlərin sayı 137 + 175 + 343 + 117 + 26 = 798 (19 x 42)-dir.
Bu mövzudakı başqa qeydlər isə belədir.
Bütün Quranda:
-"ətiu" (itaət edin) kəlməsi 19 dəfə;
-"abd" (qul, bəndə), "abid" (qulluq edən) və "ibadət" kəlmələri isə cəmi 152 (8 x 19) dəfə qeyd edilir.
Allah`ın adlarından aşağıda nümunə kimi verilən bəzilərinin sayının əbcəd dəyəri də 19-un qatlarıdır.
- "Vahid" (tək) 19 (19 x 1)
- "Cami" (toplayan) 114 (19 x 6)
Fövqəladə bir rəqəm – 19
On doqquz 9 və 10 rəqəmlərinin ilk qüvvətlərinin cəmidir. 9 və 10 rəqəmlərinin ikinci qüvvətləri arasındakı fərq də 19 edir.
Günəş, Ay və Yer hər 19 ildə bir eyni nöqtədə cərgə ilə düzülürlər.254
Halley quyruqlu ulduzu hər 76 (19 x 4) ildə bir Günəş sisteminin içindən keçir.255
İnsan bədənində 209 (19 x 11) sümük var. Əldəki sümüklərin sayı da 19-dur.
19 rəqəminin Paskal üçbucağındakı yeri
Nəticə:
İlk 19 rəqəmin cəmi 19-un qatıdır.
İlk 19 rəqəmin cəmi 19-un qatıdır.
İlk xanada yerləşən 1-lərin sayı 19-dur.
Paskal üçbucağını əsas olaraq alanda 3 bölünə bilən bütün sayların cəmi 96 edir. 96 da ilk vəhy edilən surənin nömrəsidir.
Paskal üçbucağındakı rəqəmlərin başlarında 19 ədəd 1 rəqəmi var.
Quran ayələrinin göndərilmə sırasına görə 19 şifrinin Paskal üçbucağı ilə əlaqəsi
İlk vəhy olan 96-cı surə axırdan 19-cu surədir. Bu surə 19 ayədən ibarətdir və burada cəmi 285 (19 x 15) hərf var. Vəhyin ilk 5 ayəsində isə 76 (19 x 4) kəlmə var.
İkinci olaraq vəhy edilən 68-ci surədə vəhy olunmuş ilk ayələr də 38 (19 x 2) kəlmədən ibarətdir.
Üçüncü vəhy olan 73-cü surə isə 57 (19 x 3) kəlmədən əmələ gəlir.