CSS Templates

Quranda sözlərin təkrarı

Quranın indiyə qədər incələdiyimiz möcüzəli xüsusiyyətlərindən biri də "riyazi möcüzələri"dir. Bu möcüzəyə bir nümunə olaraq Quranda bəzi kəlmələrin eyni sayda təkrarlanmasını göstərmək mümkündür. Bir-biri ilə əlaqəli olan bəzi kəlmələr Quranda heyrətamiz dərəcədə eyni sayda təkrar edilmişdir. Aşağıda bu cür kəlmələr və onların Quranda təkrarlanmış sayları verilmişdir.

"Yeddi göy" ifadəsi 7 dəfə qeyd edilib. "Göylərin yaradılması" ("xəlqu səməvat") ifadəsi də 7 dəfə təkrar edilir.

"Gün" ("yəum") sözü ismin tək halında 365 dəfə işləndiyi halda, cəm halında, yəni "günlər" ("əyyam və yəuməyn") kəlmələri 30 dəfə təkrar edilir. "Ay" kəlməsi isə 12 dəfə təkrarlanır.

"Bitki" və "ağac" kəlmələri də eyni sayda təkrar edilir: 26.

"Cəza" kəlməsi Quranda 117 dəfə qeyd olunduğu halda, Quranın əsas əxlaqi xüsusiyyətlərindən sayılan "bağışlamaq" ifadəsi bu saydan 2 dəfə çox, yəni 234 dəfə təkrar edilir.

"De" kəlmələrini sayanda gəldiyimiz nəticə 332-dir. "Dedilər" kəlməsini sayanda da eyni rəqəmi əldə edirik: 332.

"Dünya" kəlməsi ilə "axirət" kəlməsinin təkrarları da eyni rəqəmi göstərir: 115.

"Şeytan" kəlməsi Quranda 88 dəfə qeyd olunmuşdur. "Mələk" kəlməsi də elə bu qədər, yəni 88 dəfə təkrar edilmişdir.

"İman" (şəkilçisiz) və "küfr" kəlmələrinin hər biri Quranda 25 dəfə təkrar edilir.

"Cənnət" və "cəhənnəm" kəlmələri də eyni saydadır: 77.

"Zəkat" kəlməsi Quranda 32 dəfə işləndiyi halda, "bərəkət" kəlməsi də eyni sayda təkrar edilmişdir: 32.

"Yaxşılar" ("əbrar") 6 dəfə təkrar edilir, "pislər" ("fuccar") kəlməsi isə bu rəqəmin yarısı qədər, yəni 3 dəfə.

"Yay-isti" kəlmələri ilə "qış-soyuq" kəlmələrinin işlənmə sayları də eynidir: 5.

"Şərab" ("xamr") və "sərxoşluq" ("səkərə") kəlmələrinə də Quranda eyni sayda rastlanır: hər birinə 6 dəfə.

"Fikirləşmək" və "nur" saylarının təkrar sayı da eynidir: 49

"Dil" və "vəəz" kəlmələri eyni sayda - hər biri 25 dəfə təkrar edilir.

"Fayda" kəlməsi 50, "pozmaq" kəlməsi də 50 dəfə təkrar olunur.

"Əcir" və "fail" ("icraçı") kəlmələrinin də işlənmə sayı eynidir: 108.

"Sevgi" və "itaət" kəlmələrinin təkrarlanma sayları da eynidir: hər biri 83 dəfə.

Quranda "dönüş" ve "sonsuz" kəlmələri bərabər sayda yer alır: 28.

"Müsibət" və "şükür" kəlmələri Quranda eyni sayda təkrar edilir: hər biri 75 dəfə.

"Günəş" ("şəms") və "işıq" ("nur") kəlmələrinin hər biri Quranda 33 dəfə təkrar edilir.

* Saymada «nur» kəlməsinin təkcə adlıq halları nəzərə alınmışdır.

«Doğru yola aparan (əl-huda)» və «rəhmət» kəlmələrinin təkrar sayı bərabərdir - 79.

Quranda «sıxıntı» kəlməsi 13 dəfə işlənərkən «rahatlıq» sözü də 13 dəfə təkrar olunur.

"Qadın" və "kişi" kəlmələri də eyni saydadır - hər biri 23 dəfə işlədilib. Qadın - kişi sözlərinin Quranda təkrar sayı olan 23, həmçinin insan embrionunun meydana gəlməsində yumurta və spermadan gələn xromosom sayıdır. İnsanın xromosom sayı da anadan və atadan gələn 23 – 23 xromosomun cəmi olaraq 46-dır.

"Xəyanət" kəlməsi 16 dəfə qeyd olunduğu halda, "xəbis" kəlməsi də 16 dəfə təkrar edilmişdir.

"İnsan" kəlməsinə Quranda 65 dəfə rast gəlinir. İnsanın yaradılış mərhələlərinin sayının cəmi də eynidir - 65.

"Salavat" kəlməsi bütün Quranda 5 dəfə təkrar edilir. Allah insanların gündə məhz 5 dəfə namaz qılmasını vacib saymışdır.

"Torpaq" kəlməsi Quranda 13 dəfə işləndiyi halda, "dəniz" kəlməsi 32 dəfə təkrar edilir. Bu rəqəmləri cəmləsək, 45 alınır. Əgər quru torpaq səthinin Quranda təkrar edilən sayı olan 13 rəqəmini 45-ə bölsək, 28,88888889 faiz əldə edirik. Dənizlərin Quranda təkrar edildiyi rəqəmi - 32-ni 45-ə böləndə isə 71,11111111 rəqəmini əldə edirik. Bu nisbət isə planetimizin su və quru torpaq sahələrinin real nisbətidir.