"Üstünüzdə yeddi möhkəm göy qurduq. Sizin üçün çox parlaq bir çıraq (Günəş) yaratdıq". (Nəbə surəsi, 12-13)
Məlum olduğu kimi, Günəş öz sistemindəki işığın yeganə mənbəyidir. Astronomlar Ayın işığın mənbəyi olmadığını, onun yalnız Günəşdən qəbul etdiyi işığı əks etdirdiyini texnoloji imkanların inkişaf etməsi sayəsində kəşf ediblər. Yuxarıdakı ayədə qeyd edilən "çıraq" ifadəsi də istilik və işığın mənbəyi olan Günəşi ərəb dilində mükəmməl səviyyədə ifadə edən "sirac" kəlməsidir.
Allah Quranda Ay, Günəş və ulduzlar kimi göy cisimlərindən bəhs edərkən müxtəlif kəlmələr işlədir.
Günəşlə Ayın yaradılmasındakı müxtəliflik Quranda belə ifadə edilir:
"Orada ayı bir nur, günəşi də bir çıraq etdi". (Nuh surəsi, 16)
Yuxarıdakı ayədə Ay üçün işıq (ərəb dilində "nur"), Günəş üçünsə çıraq (ərəb dilində "sirac") kəlmələri işlədilir. Burada Ay üçün işlədilən söz işığı əks etdirən parlaq və hərəkətsiz bir kütləni ifadə edir. Günəş üçün işlədilən kəlmə isə "həmişə yanan, istilik və işığın mənbəyi, göydəki bir nəsnə" mənalarına gəlir. Digər tərəfdən, "ulduz" kəlməsi ərəb dilində "meydana çıxan, görünən" mənalarına gələn "nəcəmə" kökündən törəmişdir. Bundan başqa, ulduz aşağıda ayədəki kimi, "işığı ilə qaranlıqları yaran", "parıldayan", "özü-özünü tükəndirən" və "yanan" mənalarına işarə edən "səqib" kəlməsi ilə də ifadə edilir:
"(O, zülməti yaran) parlaq ulduzdur". (Tariq surəsi, 3)
Ayın öz işığını ətrafa yaymadığını, onun yalnız Günəşdən gələn işığı, Günəş və ulduzların isə öz işıqlarını əks etdirdiyini artıq müasir elmdən bilirik. Bu həqiqətlər Quranda insanların göy cisimləri ilə bağlı məlumatının çox məhdud və bəsit olduğu bir zamanda, yəni 14 əsr bundan əvvəl bildirilmişdir.