CSS Templates

İnsan əzalarının inkişaf ardıcıllığı

"Sizə qulaq, göz və ürək verən Odur. Siz çox az şükür edirsiniz". ("Muminun" surəsi, 23/78)

"Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükür edəsiniz!" ("Nəhl" surəsi, 16/78)

"De: "Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allah`dan qeyri hansı tanrı qaytara bilər...?"" ("Ənam" surəsi, 6/46)

"Həqiqətən, biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkirik. Buna görə, biz onu eşidən, görən yaratdıq". ("İnsan" surəsi, 76/2)


Yuxarıdakı ayələrdə Allah`ın insana bəxş etdiyi bəzi duyğu (lamisə) orqanlarından bəhs olunur. Ona diqqət edilməlidir ki, Quranda bu duyğu orqanlarından həmişə müəyyən bir sıra ilə danışılır: eşitmək, görmək, hiss etmək və başa düşmək.

Embrioloq dr. Keyt Mur "Journal of İslamic Medical Association"da dərc edilən bir məqaləsində rüşeymin inkişaf mərhələsində daxili qulaqların ilk halının təyin edilib bilinməsindən sonra məhz gözün əmələ gəlməyə başladığını ifadə edir. O, hissetmə və dərketmə (idrak) mərkəzi olan beyinin isə qulaqdan və gözdən sonra inkişaf etməyə başladığını bildirir.

Ana bətnindəki uşaq fetus halında olarkən, yəni hamiləliyin 22-ci günü kimi erkən bir dövrdə qulaqlar yaranır və hamiləliyin 4-cü ayında qulaq tam funksional hala gəlir. Fetus bundan sonra ananın qarnındakı səsləri eşidə bilir. Dolayısilə, yeni doğulan bir uşaqda eşitmə hissi həyati əhəmiyyət kəsb edən və böyük funksiyaları yerinə yetirən digər duyğu üzvlərindən daha əvvəl əmələ gəlir. Quran ayələrindəki müvafiq sıralanma da məhz bu yöndən yetərincə diqqət çəkicidir.