CSS Templates

Genlərin proqramlaşdırılması

"(Allah) onu hansı şeydən yaratdı? Bir damcı sudan yaratdı, ona şəkil verdi. Sonra onun üçün yolu asanlaşdırdı". ("Əbəsə" surəsi, 80/18-20)

Yuxarıdakı ayədə olan və "ona şəkil, biçim verdi" olaraq tərcümə edilən "qaddərəhu" kəlməsi ərəb dilində "qadərə" feilinin kökündən yaranır və "ölçüb-biçmək, qurmaq, nizama salmaq, planlamaq, əyarlamaq, proqramlaşdırmaq, gələcəyini görmək, Allah`ın bir şeyi (qədərdə) yazması" mənalarına gəlir.

Məlum olduğu kimi, atanın sperma hüceyrəsi ananın yumurta hüceyrəsini mayalandıranda atanın və ananın genləri doğulacaq uşağın bütün irsi xüsusiyyətlərini müəyyənləşdirmək üzrə birləşir. Bu isə minlərlə gen deməkdir və onların hər birinin xüsusi bir vəzifəsi var. Saçın və gözün rəngini, boyun uzunluğunu, üzün formasını, skeletlərin örtüyünü, habelə daxili orqanlardakı, beyin, sinir və əzələlərdəki saysız-hesabsız incəlikləri müəyyən edən amil məhz genlərdir. Bütün fiziki xüsusiyyətləri ilə yanaşı, hüceyrələrdə və orqanizmdə meydana gələn minlərlə müxtəlif hadisə və sistemin nəzarəti də genlərdə qeyd edilir. Məsələn, insanın qan təzyiqinin aşağı, yuxarı və ya normal olması da genlərdəki məlumatlara bağlıdır.

Sperma ilə yumurta birləşəndə yaranan hüceyrə ilə yanaşı, insanın həyatının axırına qədər onun hər hüceyrəsində şifrini daşıyacağı DNT molekulunun da ilk surəti meydana gəlir. DNT hüceyrənin nüvəsində həssaslıqla qorunan böyük molekuldur. Bu molekul insan bədəninin bir növ məlumat bankıdır və özündə haqqında yuxarıda bəhs etdiyimiz genləri ehtiva edir. "Mayalanmış yumurta" dediyimiz ilk hüceyrə bundan sonra DNT-də qeyd edilmiş proqrama uyğun olaraq çoxalır və o, bir insana çevrilmək prosesi çərçivəsində bədəndəki toxumaları, orqanları əmələ gətirməyə başlayır. Bu kompleks yaradılış prosesinin koordinasiyası DNT molekulu - karbon, fosfor, azot, hidrogen və oksigen kimi atomlardan meydana gələn bir molekul - tərəfindən təmin edilir.

DNT-də qeyd edilmiş məlumatın tutumu isə elm adamlarını heyrətə salacaq ölçüdədir. İnsanın bir DNT molekulunda düz 1 milyon ensiklopediya səhifəsini və ya təxminən 1000 kitabı dolduracaq miqdarda məlumat olur. Başqa ifadə ilə desək, hər bir hüceyrənin nüvəsində insan orqanizminin fəaliyyətinə nəzarət etməyə yarayan 1 milyon səhifəlik bir ensiklopediyanın ehtiva edə biləcəyi qədər məlumat şifrlənib. Bunu əyani bir misalla izah etməyə çalışaraq qeyd edək ki, dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik Britaniya Ensiklopediyasının (Encyclopedia Britannica) cəmi 25 min səhifədən ibarətdir. Mikroskopik hüceyrənin daxilində ondan daha kiçik nüvədəki bir molekulda isə özündə milyonlarla məlumatı ehtiva edən və gizli saxlanılan bir məlumat deposu var ki, o da dünyanın ən böyük ensiklopediyasının 40 misli qədərdir. Bu da dünyada başqa oxşarı, bənzəri olmayan təxminən 1000 cildlik nəhəng bir ensiklopediya deməkdir.

DNT-nin quruluşunun 1953-cü ildə Frank Krik tərəfindən kəşf edildiyi nəzərə alınsa, embrioloqların XIX əsrin axırlarına qədər öyrənə bilmədiyi "genetik planlama" hadisəsinə Quranda 1400 il bundan əvvəl işarə edilməsi, şübhəsiz ki, Quranın Allah`ın sözü olmasını göstərən daha bir dəlildir. (Ətraflı məlumat üçün bax: Harun Yəhya, «DNT-dəki Yaradılış möcüzəsi»)