CSS Templates

İnsanın palçıqdan yaradılması

Allah Quranda insanın xəlq olunmasının möcüzəli bir formada baş verdiyini xəbər verir. İlk insan Allah`ın palçığı formaya salıb insan bədəni halına gətirməsi və bundan sonra bədənə ruh üfürməsi ilə yaradılıb:

"Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin!"" ("Sad" surəsi, 38/71-72)

"İndi soruş: onları yaratmaq çətindir, yoxsa bizim yaratdıqlarımızı? Axı biz onları yapışqan kimi bir palçıqdan yaratdıq". ("Saffat" surəsi, 37/11)


Bu gün insanın toxumaları incələnəndə məlum olur ki, bu toxumalarda Yer üzündəki əksər elementlər var. Canlı orqanizmlərin toxumalarının 95 faizi karbon (C), hidrogen (H), oksigen (O), azot (N), fosfor (P) və sulfiddən (S) ibarətdir. Həmçinin qeyd olunmalıdır ki, canlıların toxumalarında cəmi 26 element var.

Quranın başqa bir ayəsində belə buyurulur:

"Biz, həqiqətən, insanı süzülmüş palçıqdan yaratdıq". ("Muminun" surəsi, 12)

Ayədə "süzülmüş" olaraq tərcümə edilən "sulalə" kəlməsi "təmsili nümunə, xas, xülasə, əsas" kimi mənalara gəlir. Göründüyü kimi, 14 əsr əvvəl bildirilənlər müasir elmin bizə dediklərini - insanın yaradılışındakı "xammal"la torpağın özündə ehtiva etdiyi əsas maddələrin eyni olması həqiqətini təsdiqləyir. Aşağıda təxminən 70 kiloqram çəkisi olan bir insanın bədənindəki elementlərin yayılması sxemi yer alır.