CSS Templates

İnsanın sudan yaradılması

"Allah hər canlını bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir" ("Nur" surəsi, 24/45)

"Məgər inkar edənlər göylə yer bitişik ikən bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?" ("Ənbiya" surəsi, 21/30)

"İnsanları sudan yaradan, onları əsl qohum və sonradan qohum edən Odur. Rəbbin qadirdir!" ("Furqan" surəsi, 25/54)


Canlıların və insanın yaradılması ilə bağlı ayələrə nəzər salanda bu cür xəlq edilmənin möcüzəli məsələ olduğunu aydın şəkildə görürük.

Bu möcüzəli yaradılışın formalarından biri canlıların sudan xəlq edilməsidir. İnsanların əksər ayələrdə qeyd edilən bu həqiqətə yetişməsi isə əsrlər sonra mikroskopun icad edilməsi ilə mümkün olub.

Bu gün əsas ensiklopediyalarda "Su canlı maddənin ən böyük xassəsidir. Canlı orqanizmlərin kütləsinin 50-90 faizi sudur" ifadələri geniş yer tutur. Bundan əlavə, haqqında bütün biologiya kitablarında bəhs edilən standart bir heyvan hüceyrəsinin sitoplazması (hüceyrənin əsas maddəsi) da 80 faizi sudan ibarətdir. Sitoplazmanın analiz olunub elmi mənbələrdə qeyd edilməsi Quranın göndərilməsindən əsrlərlə sonra baş verib. Dolayısilə, bu gün elm dünyasının qəbul etdiyi bu həqiqətin Quranın göndərildiyi dövrdə bilinməsi, əlbəttə ki, mümkün deyildi. Ancaq buna baxmayaraq, Quranda bu məsələyə insanların onu kəşf etməsindən 14 əsr əvvəl diqqət çəkilib.