Quranda yağış haqqında verilən başqa bir məlumat isə yağışın müəyyən miqdarda yağdırılmasıdır. "Zuxruf" surəsində belə buyurulur:
"O Allah ki, göydən müəyyən bir miqdar su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxarılacaqsınız". ("Zuxruf" surəsi, 43/11)
Yağışın miqdarı ilə bağlı yuxarıdakı məlumat da XX əsrdəki tədqiqatlarla öz təsdiqini tapıb. Hesablamalara görə, Yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. Bu, eyni zamanda, bir ildə Yer səthinə yağan yağışın miqdarıdır. Yəni su davamlı bir tarazlıq daxilində "müəyyən bir miqdar"a uyğun olaraq dövr edir. Yer üzündə həyatın davamlığı da bu su dövriyyəsi sayəsində təmin olunur. İnsan sahib olduğu bütün texniki imkanlardan hətta tam istifadə etsə belə, bu dövriyyəni əsla süni şəkildə gerçəkləşdirə bilməz. Əgər bu suyun miqdarında hətta kiçicik dəyişiklik baş versə, qısa vaxt keçdikdən sonra böyük bir ekoloji natarazlıq yaranar ki, bu da həyatın sonuna səbəb olar. Lakin bu, heç vaxt ola bilməz. Çünki Quranda da bildirildiyi kimi, yağış Yer üzünə hər il eyni miqdarda düşməyə davam edir.
Yağışın yağması hadisəsindəki bu heyrətamiz dərəcədə dəqiq ölçü-biçi, bu ilahi nizam özünü yağışın təkcə miqdarında deyil, həm də yağış damcılarının düşməsindəki sürətin dəyişməz olmasında da göstərir.
Alman fiziki, Nobel mükafatı laureatı Filipp Lenart araşdırmaları nəticəsində müəyyənləşdirib ki, yağış damcılarının diametri genişləndikcə onların yerə düşmə sürəti də çoxalır. Amma düşmə sürətindəki bu çoxalma yağış damcısının diametri 4,5 mm olana kimi davam edir. Daha böyük yağış damcılarında isə düşmə sürəti saniyədə 8 mm-i keçmir.
Bunun səbəbi damcıların düşərkən aldığı formadır. Yağış damcılarının bu xüsusi forması atmosferin sürtünmə təsirini çoxaldır və damcıların müəyyən bir sürət limitini keçməsinə mane olur.
Göründüyü kimi, yağışın yağması ilə bağlı əvvəllər heç kimin dərk edə bilmədiyi həqiqətlər öz əksini Quranda hələ 1400 il bundan öncə, özü də heyrətamiz bir dəqiqliklə tapıb.