Buludların çəkisini göstərən rəqəmlər çox heyrətamizdir. Məsələn, kümülonimbus növlü fırtına buludunda 300.000 ton çəkidə su olur. Göy üzündə 300 000 tonluq bir kütləni saxlaya bilən bir nizam, şübhəsiz ki, təəccüb doğuran bir vəziyyətdir.
Quranın başqa ayələrində də buludların çəkisinə bu cür diqqət yönəldilir:
"Küləkləri öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər ağır buludları hərəkətə gətirdiyi zaman biz onları (quraqlıqdan) ölü bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk". ("Əraf" surəsi, 7/57)
"Sizə qorxu və ümid məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır buludları da yaradan Odur". ("Rəd" surəsi, 13/12)
Əlbəttə, Quranın göndərildiyi dövrdə insanların buludların ağırlığı ilə bağlı bu məlumatları bilməsi mümkün deyildi. Quran ayələrində nəzəri dərhal cəlb edən və yalnız yaxın keçmişdə kəşf edilən bu məlumat Quranın Allah`ın sözü olduğunu göstərən dəlillərdən biridir.