"Göyləri və yeri xəlq edən, zülmətləri yaradan Allah`a həmd olsun!..." ("Ənam" surəsi, 6/1)
Məlum olduğu kimi, ətrafda işıq olmasa, insanın onu əhatə edənləri, yəni ətrafındakıları adi gözlə görməsi mümkün deyil. Ancaq bizim görə bildiyimiz işıq bu işığı yayan enerjinin çox kiçik bir hissəsidir. İnsanın görə bilmədiyi, ancaq işığı yayan başqa enerji növləri də mövcuddur. Məsələn, infraqırmızı, ultrabənövşəyi, "x" şüaları, radio dalğalar və sairə. İnsan bu işığın adıçəkilən dalğa boyları qarşısında kor kimidir.
Quranda "qaranlıq" kəlməsinin hər dəfə "qaranlıqlar" olaraq ifadə edilməsi də bu baxımdan çox diqqətəlayiqdir. Ərəb dilində "zulumət" olaraq ifadə edilən "qaranlıqlar" kəlməsi Quranda 23 ayədə cəm formasında işlədilir. "Tək" mənasında isə heç bir yerdə qeyd edilmir. Quranda qaranlıq kəlməsinin bu cür qeyd edilməsi bizim görə bildiyimiz işıq selindən başqa, daha fərqli işıq növlərinin olmasına işarədir. Alimlər buradakı "cəmi" ifadəsinin səbəbini son dövrlərdə kəşf ediblər. Dalğa boyları elektromaqnit şüa kimi tanınan enerjinin müxtəlif formalarıdır.
Elektromaqnit şüası kosmosda bütün müxtəlif formaları ilə enerji dalğaları şəklində hərəkət edir. Bu isə bir qızılgülün üstünə atılan daşların dalğalarına bənzədilə bilər. Bir göldəki dalğaların müxtəlif ölçüləri olduğu kimi elektromaqnit şüaların da müxtəlif dalğaları olur. Kainatdakı ulduzların və başqa işıq mənbələrinin hər biri eyni cür şüa yaymır. Bu cür fərqli şüalar özlərinin dalğa ölçülərinə görə təsnif olunurlar. Fərqli dalğa ölçülərinin əmələ gətirdiyi boşluq məsafəsi (və yaxud fəza, yelpazə) isə çox genişdir. Ən kiçik dalğa ölçüsünə malik olan qamma şüaları ilə ən böyük dalğa ölçüsünə malik olan radiodalğalar arasında 1025-lik (milyard dəfə milyard dəfə milyardlıq!) bir fərq var. Günəşin yaydığı şüaların demək olar ki, hamısı bu 1025-lik boşluğun təkcə bir hissəsinə sıxışdırılıb.
Bu rəqəmin böyüklüyünü daha yaxşı başa düşmək üçün belə bir müqayisə yerinə düşərdi. Əgər 1025 rəqəmini saymaq istəsək, onda gecə-gündüz əsla dayanmadan saymağımız və bu işi Yerin yaşından 100 milyon dəfə böyük olan bir müddət ərzində davam etməyimiz lazım gələrdi!
Kainatdakı müxtəlif dalğa ölçüləri bu cür nəhəng boşluğun içinə yayılıb. Günəşdən yayılan müxtəlif dalğalar isə 70 faizi 0,3 mikronla 1,50 mikron arasında olan dar bir sərhəd daxilindədir. Bu aralıqda üç cür işıq var: görünə bilən şüalar, yaxın infraqırmızı şüalar və narıncı şüalar. "Görünə bilən" şəklində adlandırılan bu şüalar elektromaqnit yelpazənin 1025-də 1-dən də az bir aralıqda olsalar da, Günəş şüalarının cəmi 41 faizini təşkil edirlər.
Aydın olduğu kimi, gözlərimizin görə bildiyi elektromaqnit dalğaları işıq selinin çox kiçik bir hissəsini əmələ gətirir. Digər qisimlər isə insan üçün geniş qaranlıqları ifadə edir. Bu sərhədin xaricindəki dalğa ölçüləri insanın kor olduğu sahələrdir.