"Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pak və müqəddəsdir". (Yasin surəsi, 36)
Erkəklik-dişilik "cüt" ifadəsinə uyğundur, amma bununla yanaşı, ayədə qeyd olunan "bilmədiklərindən" ifadəsi daha geniş mənanı ehtiva edir. Həmçinin biz ayənin işarə etdiyi mənalardan biri ilə bu gün də qarşılaşırıq. Maddənin cüt yaradıldığını ortaya qoyan ingilis alimi Pol Dirac 1933-cü ildə fizika sahəsində Nobel mükafatına layiq görüldü. "Parite" deyilən bu kəşf maddənin antimaddə deyilən bir cütünün olduğunu göstərirdi. Antimaddə maddənin əksinin xüsusiyyətlərini daşıyır. Məsələn, maddənin ziddinə olaraq antimaddənin elektronları müsbət, protonları da mənfi yüklüdür. Bu həqiqət elmi mənbələrdə belə ifadə edilir:
"...Hər kiçik hissənin əks yükdə bir antihissəsi var. Qərarsızlıq əlaqəsi bizə bu cütlərin var olmasının da, yox olmasının da hər yerdə və həmişə eyni vaxtda meydana gəldiyini göstərir".
Yaradılışdakı cütlərə başqa bir misal da bitkilərdir. Nəbatatçı alimlər bitkilərdə cinsiyyət fərqlərinin olmasını cəmi 100 il əvvəl kəşf edə biliblər. Halbuki, bitkilərin cüt yaradılması Quranda hələ 1400 il bundan əvvəl aşağıdakı ayələrlə aydın şəkildə bildirilir:
"Allah göyləri gördüyünüz kimi, dirəksiz yaratmış, sizi yırğalamasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə hər gözəl olan cütdən bir bitki yaratdıq". (Loğman surəsi, 10)
"O ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik". (Taha surəsi, 53)
Həmçinin meyvələr də dişi və erkək olaraq fərqli quruluşlara malikdir. Bu məlumat Quranın «Rəd» surəsinin 3-cü ayəsində belə ifadə edilir:
«Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi) iki cüt yetişdirən, gecəni gündüzlə örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda düşünən insanlar üçün neçə-neçə dəlillər vardır!» (Rəd surəsi, 3)
Ayədə «cüt» kimi tərcümə edilən «zəvcəyni» kəlməsi ərəb dilində «tay, həyat yoldaşı» mənasında işlədilən «zəvc» kəlməsindən gəlir. Məlum olduğu kimi, yetişən bitkilərin məhsullarının son forması meyvələrdir. Meyvədən əvvəlki mərhələ isə çiçəkdir. Çiçəklərin də erkəklik və dişilik orqanları var. Çiçəyə tozcuq daşınaraq mayalanma gerçəkləşəndə - erkək və dişi çoxalan hüceyrələri birləşəndə - meyvə verməyə başlayır. Zaman ötdükcə meyvə yetkinləşir və toxum tökməyə başlayır. Bu həqiqət - meyvələrdə fərqli cinslərə aid xüsusiyyətlərin olması - Quranda işarə edilən başqa elmi məlumatdır.