CSS Templates

Yer kürəsinin quru sahəsinin – torpağın azalması

Məgər onlar bizim yer üzünə gəlib onu tərəflərindən əskiltdiyimizi görmürlərmi?..." (Rəd surəsi, 41)

"...Məgər bizim onların torpağına girib onu hər tərəfdən əskiltdiyimizi görmürlərmi?..." (Ənbiya surəsi, 44)


Dünya Günəşdən gələn roton, elektron və alfa şüalarının axını ilə bombardmana məruz qalır. Bu Günəş küləkləri atmosferi Yerdən ayıracaq qədər güclüdür. Ancaq atmosferin tükənməsi Yerin hazırkı maddə itirmə nisbəti ilə (saniyədə ən çox 3 kq) Günəşin bütöv ömrünün beş misli qədər bir müddət sərf edəcək.35 Çünki Yer atmosferdəki manyetosfer təbəqəsinin meydana gətirdiyi güclü maqnit sahəsi sayəsində bu güclü eroziyalardan bir növ qorunur.

Yerin ionosfer təbəqəsinin üstündən kosmosun dərinliklərinə tərəf yayılan ion itkisi - oksigen, helium və hidrogen - Yeri əhatə edən ucsuz-bucaqsız hava təbəqəsi ilə müqayisə ediləndə çox kiçik ölçüdədir. Ancaq kosmosa doğru istiqamətlənən miqdar da çox əhəmiyyətli ölçüdədir. Tədqiqatçılar Günəşdəki enerji partlayışlarının Yer atmosferinin xarici təbəqəsindən oksigenin və başqa qazların kosmosa yayılmasına səbəb olması ilə bağlı ilk dəlilləri NASA-nın kosmik alətləri ilə əldə etdilər. Bununla da alimlər Yerin xarici təbəqələrinin maddə itkisi ilə üzləşməsini ilk dəfə 1998-ci il sentyabr ayının 24-25-də müşahidə etmişdilər.

Yuxarıdakı ayələr diqqətimizi Yerin quru hissəsinin, yəni torpaqların itkiyə məruz qalmasına bir başqa yöndən də cəlb edə bilər. Hal-hazırda, qütbdəki buz təbəqələri əriyir və okeanlarda suyun səviyyəsi qalxır. Artan suların miqdarı quru təbəqəsinin üzərini örtür. Dəniz sahilləri suların altında qaldıqca isə Yerin quru hissəsinin və yaxud torpaqların sahəsi azalır.38 Ehtimal olunur ki, nümunə gətirilən ayələrdə qeyd edilmiş "onu tərəflərindən əskildirik", "hər tərəfdən əskiltdiyimizi" ifadələri də dəniz sahillərinin sularla əhatə edilməsinə işarədir. "New York Times" qəzetində bu məsələ ilə bağlı verilən xəbərə nəzər salaq:

"Keçən əsr ərzində Yer səthinin hərarəti orta hesabla 1 farengeyt qədər yüksəldi. Hərarətin səviyyəsi son yarım əsrdə daha da artdı. Bu isə çox mühüm miqdardır. Əvvəlki müşahidələr Şimal qütbünün hərarətinin çoxaldığını, buz kütlələrinin əriməyə meyilliliyinin da buna münasib olaraq artdığını qeydə alıb. NASA-nın Manhettendəki (ABŞ) tədqiqat mərkəzi olan Qoddard Kosmik Elmlər İnstitutunun alimləri 50-60-cı illərin dənizaltı müşahidələrə dair hesabatlarını 90-cı illərin müşahidələri ilə müqayisə edərək, Şimal qütbündəki buz təbəqəsinin 45 faizə qədər nazikləşdiyini sübut etdilər. Qeyd edək ki, kosmosdan çəkilmiş şəkillər də həmin bölgəni əhatə edən buzların əvvəlki illərə nisbətən daha da azaldığını göstərir".

Diqqətəlayiq məsələ odur ki, XX əsrin axırlarındakı kəşflər "Ənbiya" surəsinin 44-cü və "Rəd" surəsinin 41-ci ayələrindəki hikmətləri başa düşməyimizə kömək edir. Allah`ın ayədə bildirdiyi Yer üzünün ətrafından azaldılması məsələsi Quranda bildirilən başqa bir elmi həqiqətə işarə kimi də şərh edilə bilər. Öz oxu ətrafında dövr edən Yer kürəsinin fırlanmasından qaynaqlanan geoit formaya malik olduğu son əsrlərdə qəbul edilmiş bir həqiqətdir.

Aparılan tədqiqatlarda fırlanma nəticəsindəki qüvvə ilə Yer kürəsinin ekvator ətrafında genişlənərək uc nöqtələrdən, yəni qütblərdən yastılaşdığı müəyyən edilmişdir. Bundan əlavə, dünyanın fırlanma hərəkəti davam edən bir mərhələ olduğu üçün bu dəyişiklik də hələ davam edir. Həmçinin «Rəd» surəsinin 41-ci ayəsində «əskildirik» kimi tərcümə edilən sözün ərəb dilindəki əsli olan «nənkusu» ifadəsi azaltma (əskiltmə) əməliyyatının hələ davam etdiyini göstərir.

Yerin cazibə qüvvəsi Yer kürəsi kimi göy cisimlərini də kürəvarı şəkildə formalaşdırmışdır. Ancaq bu forma tam bir kürə deyil, qütblərdən az hamarlanmış və ekvator tərəfdən daha qabarıq formadır. ABŞ Milli Aerokosmik Agentliyinin (NASA) məlumatına görə, Yer kürəsinin ekvator radiusu 6 milyon 356 min 8 km-dir.

Bu fərq isə təxminən 0,3 faizlik bir fərq yaradır.

Dünyanın quruluşu ilə bağlı bu model ilk dəfə 1687-ci ildə İsaak Nyuton tərəfindən ortaya atılmışdır. Ayələrdə təxminən 1400 il əvvəl işarə edilən bu vəziyyət Quranın başqa elmi möcüzəsidir.