CSS Templates

Yer kürəsinin ağırlıqlarını kənara atması

«Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi, yer öz ağırlıqlarını çıxardıb atacağı və insan: "Buna nə olur?" -deyəcəyi zaman məhz o gün (Yer) öz hekayətini söyləyəcəkdir». («Zilzal» surəsi, 1-4)

Ərəb dilində «zilzal» kəlməsi «zəlzələ, sarsıntı», «əsqaləhə» sözü isə «ağırlıqlarını, yüklərini» mənalarına gəlir. Yuxarıdakı ayələr ilk mənaları ilə nəzərə alınanda zəlzələ ilə bağlı mühüm elmi həqiqətə diqqət çəkildiyi görünür.

«Zilzal» surəsinin 2-ci ayəsində zəlzələ ilə bağlı olaraq yerin ağırlıqlarını atmasından bəhs edilir. Son əsrlərdə aparılan tədqiqatlar nəticəsində Yerin mərkəzində ağır metalların olduğu və bunların Yer kürəsindəki tərpənmələr nəticəsində ortaya çıxdığı məlum olmuşdur. Geoloqların təsbitlərinə görə, dünya soyuduqca ağır və qalın maddələr dünyanın mərkəzinə tərəf çökdüyü halda, daha yüngül olanlar Yerin səthinə tərəf qalxır. Buna görə, Yer qabığı ən yüngül maddələrdən (bazalt və qranit qayalardan) meydana gələrkən, nüvədə ağır metallar (nikel və dəmir) mövcud olur. Nəticə olaraq, ərimiş metallardan yaranan Yerin altı onun üstündən daha çox ağır və qalın bir materialdan meydana gəlmişdir.

Zəlzələ vaxtı isə Yerin altındakı ağır maddələr Yer üstünə çıxmağa imkan tapır, beləliklə, ayələrdə tərif edildiyi kimi, Yer üzü ağırlıqlarını kənara atır. Həmçinin metal resurslarının sıx olduğu yerlər zəlzələ və vulkanların daha çox gerçəkləşdiyi bölgələrdir. Aparılan əhatəli tədqiqatlar nəticəsində yaxın keçmişdə ortaya çıxan bu elmi tapıntılar Allah`ın Quranda işarə etdiyi elmi həqiqətlərdən yalnız biridir.