CSS Templates

Ay ilinin hesablanması

"Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!" ("Yunis" surəsi, 10/5)

"Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının quru və əyri budağı kimi olar". ("Yasin" surəsi, 36/39)


Yuxarıdakı ilk ayədə Allah Ayın insanlar üçün illərin hesablanmasında bir ölçü olacağını aydın şəkildə bildirmişdir. Bundan başqa, bu hesablamalar nəzərləri Ayın öz orbitində hərəkəti əsnasındakı yerlərinə uyğun olacağına cəlb edir. Yer-Ay və Yer-Günəş istiqamətləri arasındakı bucaq davamlı olaraq dəyişdiyi üçün biz Ayı çeşidli vaxtlarda müxtəlif şəkillərdə görürük. Ayı görməyimiz Ayın Günəşdən aldığı işığı əks etdirməsi səbəbi ilə mümkündür. Bunun üçün də Ayın Günəşin ətrafından işıqlandırılan tərəfi Yerdəki müşahidəçiyə görə həmişə dəyişir. Bu dəyişikliklər nəzərə alınaraq bəzi hesablamalar aparılır ki, bu da illəri hesablamağı asanlaşdırır.

Əvvəllər 1 ay insanlar tərəfindən iki bədirlənmiş ay arasındakı vaxt və ya Ayın Yerin ətrafında dövr etdiyi zaman kəsiyi olaraq götürülürdü. Bu hesaba görə, bir ay 29 gün 12 saat 44 dəqiqə təşkil edirdi. Buna qəməri ay deyilir. 12 qəməri ay isə Rum təqviminə görə 1 il edir. Ancaq Yerin Günəş ətrafındakı dövrəsi qurtaranda 1 il olaraq qəbul etdiyimiz miladi təqvimlə Rum təqvimi arasında hər il 11 günlük fərq meydana gəlir. "Kəhf" surəsinin 25-ci ayəsində bu fərq belə şərh olunur:


"Onlar mağarada üç yüz il qaldılar və üstünə doqquz il də əlavə olundu". ("Kəhf" surəsi, 18/25)

Ayədə qeyd edilən dövrü belə aydınlaşdırmaq mümkündür: 300 il + 11 gün (hər il üçün meydana gələn fərq) = 3300 gün. 1 Günəş ilinin 365 gün 5 saat 48 dəqiqə 45,5 saniyədən ibarət olması nəzərə alınsa, 3300 gün / 365,24 gün = 9 ilə bərabərdir. Başqa sözlə, miladi təqvimə görə 300, Rum təqviminə görə isə 300+9 ildir. Aydın olduğu kimi, ayədə çox incə hesablamaya əsaslanan bu 9 illik fərq diqqətimizə çatdırılıb (ən doğrusunu Allah bilir). Quranda belə bir məlumatın qeyd edilməsi müqəddəs kitabımızın, şübhəsiz ki, elmi möcüzələrindən biridir.