«Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o, dönüb xurma ağacının köhnə, qurumuş əyri budağı kimi olar. Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. Hər biri özünə məxsus dairəsində (orbitində) üzər». («Yasin» surəsi, 39-40)
Ayın orbiti başqa planetlərin peykləri kimi düz orbitdə hərəkət etmir. Ay orbitində dövr edərkən bəzən Yer kürəsinin qarşısına, bəzən arxasına keçir. Həmçinin Ay Yer kürəsi ilə birlikdə Günəşin ətrafında da dövr etdiyinə görə, fəzada həmişə «S» hərfinə oxşayan bir orbitdə hərəkət edir. Ayın kosmosdakı bu orbitinin şəkli Quranda «dönüb xurma ağacının köhnə, qurumuş əyri budağı kimi dönər» ifadəsi ilə tərif edildiyi kimi, qurumuş xurma ağacının budağının əyriliyinə çox oxşayır. Bundan başqa, ayədə qeyd edilən «urcun» kəlməsinin mənası «quruyub incəlmiş, bükülmüş xurma budağı»dır və xurma ağacının meyvələri yığılandan sonra, salxımdan sonra qalan hissəsini ifadə etmək üçün işlədilir. Bu salxım budağının «köhnə» ifadəsi ilə təsvir edilməsi də çox hikmətamizdir, çünki xurma budağının köhnəsi daha nazik və daha əyridir.
Əlbəttə, 1400 il əvvəl Ayın orbiti haqqında məlumata malik olmaq mümkün deyildi. Müasir texnologiya və geniş elmi biliklər sayəsində müəyyən edilə bilən formanın Quranda bu cür qüsursuz bir təşbehlə bildirilməsi, Quranda göstərilən elmi möcüzələrdən daha birisidir.